Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzasında azı 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli polisə istinadla Sinxua agentliyi məlumat yayıb.
Hadisə şəhərlərarası M-5 avtomobil yolunun Rəhim-Yar-Xan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobus təkərin partlaması səbəbindən aşıb, daha sonra digər avtobus və yolsuzluq avtomobili ona çırpılıb.
Yaralılar xəstəxanaya çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.