Rusiyanın şərqindəki Kamçatka diyarında 6,1 maqnitudalı zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının saytında məlumat verilib.
Qeyd edilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 170 km kənarda, Kamçatkanın şimal-qərb sahillərində olub.
Həmçinin yeraltı təkanın 65 km dərinlikdə baş verdiyi bildirilir.