Yens Stoltenberq: Ukrayna münaqişəsi danışıqlar masası arxasında başa çatacaq

A- A A+

NATO-nun Baş katibi Yens Stoltenberqin fikrincə Ukrayna münaqişəsinin danışıqlar masası arxasında başa çatacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yens Stoltenberq bu barədə İspaniya Televiziyasına müsahibəsində deyib. Onun versiyasına görə, Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur.

“Bu müharibə çox güman ki, danışıqlar stolu arxasında bitəcək, lakin bu, döyüş meydanındakı vəziyyətdən asılıdır”, - deyə Şimali Atlantika Alyansının baş katibi bildirib.

Prezident Vladimir Putinin sülhə hazır olmasının əlamətlərinin görünmədiyini deyən Yens Stoltenberq bu müharibədə Rusiyanın qələbəsinin faciə olacağını və NATO üçün ciddi təhlükə yaradacağını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: