Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul edib

A- A A+

Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiya paketini, o cümlədən 121 fiziki və hüquqi şəxsə dair məhdudiyyət tədbirlərini qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət İdarəsinin rəhbəri Jozep Borrel özünün tviter hesabında bildirib.

“Onuncu sanksiya paketi qəbul olunub, 121 fiziki və hüquqi şəxs qara siyahıya salınıb, idxal və ixraca xeyli yeni məhdudiyyətlər qoyulub, Rusiyanın təbliğat mediası qadağan edilib”, - deyə Jozep Borrel yazıb. Xarici Siyasət İdarəsinin rəhbəri bu siyahıda 6 mindən çox ukraynalı uşağın deportasiyasında və zorakı yolla övladlığa verilməsində məsuliyyət daşıyanların da yer aldığını qeyd edib.

Avropa İttifaqı fevralın 24-də Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbul olunacağını vəd etmişdi. Lakin Aİ ölkələrinin səfirləri yalnız fevralın 24-də axşam saatlarında məhdudiyyət tədbirləri barədə razılığa gələ bilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: