Türkiyədə Kahramanmaraş vilayətindəki güclü zəlzələdən sonra afterşokların sayı 9 mini ötüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin direktoru Orxan Tatar deyib.
O bildirib ki, Türkiyədəki dağıdıcı zəlzələdən sonra 9 470-ə qədər afterşok qeydə alınıb.