Rusiyanın Aİ yanında daimi nümayəndəliyi yeni Avropa sanksiyalarına reaksiya verib

A- A A+

Avropa İttifaqı (Aİ) tərəfindən bir sıra malların Rusiya ərazisindən tranzitinə qoyulan qadağa beynəlxalq ticarətə ziyan vurur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiyanın Aİ yanında daimi nümayəndəliyi məlumat yayıb.

“Aİ ilk dəfə olaraq sanksiyalar paketinə bir sıra malların Rusiya ərazisindən tranzitinə qadağa qoyub. Bu, üçüncü ölkələrin ticarət əlaqələrinə təzyiq cəhdindən başqa bir şey deyil”, - daimi nümayəndəliyin bəyanatında deyilir.

Bildirilib ki, bu cür hərəkətlər beynəlxalq ticarətdən daha çox Rusiyaya zərər vurur, çünki malların çatdırılması üçün optimal marşrutlara süni maneələr yaradır.

Qeyd edək ki, fevralın 24-də uzun müzakirələrdən sonra Aİ-nin 10-cu sanksiyalar paketi razılaşdırılıb. Sanksiyalara görə, Rusiyanın 87 fiziki və 34 hüquqi şəxsinə məhdudiyyət qoyulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: