İranda məktəblilər arasında zəhərlənmə halları artıb

A- A A+

İranda məktəbli qızların zəhərlənməsi son dövrlər ciddi bir ictimai səhiyyə probleminə çevrilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İran səhiyyə nazirinin müavini Yunis Pənahi bildirib.

"Qum şəhərində məktəbli qızları təhsildən yayındırmaq üçün qəsdən zəhərləyirlər. Qumdakı məktəblərdə kimyəvi maddələrlə kütləvi zəhərlənmə törədilir. Səbəbi isə odur ki, bəzi insanlar məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyirlər", - deyə o bildirib.

İran səhiyyə nazirliyinin mətbuat katibi isə bildirib ki, Qumda məktəblilərin zəhərlənməsi kənar təsirlərlə əlaqəli deyil.

Xatırladaq ki, İranın Qum və Burucerd şəhərləri də daxil olmaqla bir sıra yerlərdə məktəblilərin zəhərlənməsi halları artmaqdadır.

Təkcə bu gün Burucerd şəhərində 50 şagird zəhərlənib.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Bir çox valideyn keçən həftə Qum əyalətinin qubernatorluğu qarşısında etiraz aksiyaları keçirərək səlahiyyətlilərdən açıqlama tələb ediblər.

Ötən həftə İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri müəmmalı zəhərlənmə ilə bağlı məhkəmə istintaqının aparılmasına göstəriş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: