Ukrayna ordusu ötən gecə Rusiyanın 11 “Shahed” PUA-sını vurub

A- A A+

Rusiya ordusu ötən gecə İran istehsalı olan “Shahed” tipli 14 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, həmin PUA-lardan 11-i məhv edilib.

Məlumata görə, Ukrayna müdafiəçiləri ötən sutka Rusiya hərbçilərinin 81 hücumunun qarşısını alıb.

Baş Qərargahdan vurğulanıb ki, Rusiya ötən sutka Ukraynanın mülki obyektlərinə 5 raket və 2-si “Shahed-136” olmaqla 13 aviasiya zərbəsi endirib.

Bundan başqa, Ukrayna ordusu Rusiyanın 2 dronunu məhv edib.

Bildirilib ki, Rusiya hərbçilərinin mülki obyektlərə hücumu nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var.

İnformasiyaya əsasən, Rusiya ordusunun Zaporojyedə mülki obyetklərə “S-300” zenit-raket kompleksindən atdığı raket nəticəsində bir infrastruktura ziyan dəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: