Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.