Rusiyadan Polşaya neft tədarükü dayanıb

A- A A+

Rusiya boru kəməri vasitəsilə Polşaya neft tədarükünü dayandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Polşanın “Orlen” neft emalı kompaniyasının rəhbəri Daniel Obaytek özünün “Twitter” hesabında yazıb.

“Moskva Polşaya neft tədarükünü dayandırıb. Biz buna tam hazırıq. Rusiyadan ölkəyə yalnız 10 faiz xam neft idxal olunurdu. Onu digər istiqamətlərlə əvəz edəcəyik”, - deyə Daniel Obaytek qeyd edib.

“Orlen” kompaniyası diversifikasiya strategiyası çərçivəsində Şimal dənizi, Qərbi Afrika, Aralıq dənizi hövzəsi, həmçinin Meksika körfəzi və digər istiqamətlərdən tədarüklər hesabına idxal paketini formalaşdırır. Hazırda kompaniyanın əsas tərəfdaşı Saudi Aramco şirkətidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: