Qırğız Respublikasında 5,9 maqnitudada zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi təcrübə-metodik seysmoloji ekspedisiyası məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.
Vurğulanıb ki, zəlzələ Qırğızıstanla Çinin dövlət sərhədində 5,6 maqnitudada olub.
Yeraltı təkanlar Qazaxıstanda da hiss olunub.