Fars - molla rejimi baytar libasında zühur edir - FOTOLAR

İran 44 günlük müharibə zamanı əlil olmuş ermənilərə reabilitasiya xidmətləri göstərəcək

A- A A+

İran 44 günlük Qarabağ müharibəsində əlil olan Ermənistan vətəndaşlarının reabilitasiyası ilə bağlı addımlar atacaq. İşğal dövründə ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılarda yaxından iştirak edən, hər iki müharibədə Ermənistanın hamisi olan fars-molla rejimi indi də baytar libasında zühur edir. 

NUHÇIXAN İnformasiya Agentliyi "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə İranın kooperasiya, əmək və sosial təminat naziri Seyid Soulat Mortazavi açıqlama verib.

Bildirilib ki, iranlı nazir Ermənistana səfəri çərçivəsində İrəvanda bu ölkənin əmək naziri Narek Mkrtçyan ilə görüşüb.

"Tehran 44 günlük müharibə zamanı əlil olmuş Ermənistan vətəndaşlarının reabilitasiyasına yardım etməyə hazırdır", - deyə o söyləyib.

İşğal dövründə ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılarda yaxından iştirak edən, hər iki müharibədə Ermənistana hamilik edən fars-molla rejimi indi də baytar libasında zühur edir.Görünür, səfirliyimizdə terror törətməyə qədər simasızlaşan mollalar bütün diplomatik kürsülərdən süpürülüb atıldıqca özlərini bu cür cılız “diplomatiyada” tapırlar.   

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: