Rusiya Ukraynada vəziyyətin sülh yolu ilə həlli üçün hər hansı ilkin şərtlərin olduğunu görmür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
O bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat davam edir və Rusiya qarşıya qoyduğu məqsədlərə doğru irəliləyir.