Malatyada 5,6 maqnitudada zəlzələnin baş verməsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, 12-nin vəziyyəti ağır olmaqla 140 nəfər xəsarət alıb, dağıntılar altından isə 32 nəfər xilas edilib.
Xatırladaq ki, zəlzələ Malatya ilə yanaşı, Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.