Ukrayna son 5 ayda İranın 650 “Şahed” PUA-sını məhv edib

A- A A+

Son 5 ayda Rusiyanın Ukraynada İran istehsalı olan 650 “Şahed” PUA-sı məhv edilib.

NUHÇIXAN İnformasiya Agentliyi “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qoşunlarının sözçüsü Yuri İqnat məlumat verib.

Onun sözlərinə görə, həmçinin eyni sayda raket vurulub: “Düşmən əlində qalan silahların azlığına görə taktikanı dəyişə bilər”.

Y.İqnat bildirib ki, hazırda Rusiyada kifayət qədər S-300 raketləri var: “Doğrudur, onlar hədəfə çata bilmirlər. Amma düşməndə bu raketlərdən çoxdur. Ona görə də cəbhə bölgələri hücuma məruz qalır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: