Ermənistan parlamentinin sədri Rusiyanı ittiham edib: “Moskva Qərbin təşəbbüslərinə əsəbi reaksiya verir”

A- A A+

“Moskva Qərbin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən bildirir ki, bunu Ermənistan parlementinin sədri Alen Simonyan deyib.

O bildirib ki, rəsmi Moskvanın proseslərdə müəyyən rolu var və bunu danmaq olmaz: “Çünki bölgədə Rusiya sülhməramlıları var. Buna baxmayaraq, Rusiyanın reaksiyaları lazım olduğundan daha emosionaldır”.

A.Simonyan hesab edir ki, Rusiya tərəfinin reaksiyası daha sakit və təmkinli olmalıdır: “Moskva durumu başa düşməlidir. Ermənistanın öz maraqları var. Bu maraqlar kiminsə istəklərindən asılı olmayaraq, həyata keçirilməlidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: