Finlandiya Rusiya ilə sərhəddə sədd tikməyə başlayıb

A- A A+

Finlandiya Rusiya ilə sərhəddə inşa edəcəyi səddin üç kilometrlik sınaq hissəsinin tikintisinə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Yle teleradio kompaniyasına istinadla xəbər verir ki, tikinti işləri fevralın 27-də İmatra sərhəd-keçid məntəqəsi rayonunda start götürüb.

Sınaq zamanı səddin qış temperaturuna və qar kütləsinə, həmçinin Rusiyadan mümkün insan axınına tab gətirib-gətirməyəcəyi yoxlanılacaq. Respublikanın hakimiyyət orqanları inşası 2023-cü ildə başa çatacaq səddin tikintisinə 6 milyon avro ayırıb.

Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədə malikdir. İki-üç il ərzində sərhədin 10-20 faizində texniki nəzarət sistemləri ilə təchiz olunan səddin inşasını planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: