Fransada sudan istifadəyə məhdudiyyət qoyulacaq

A- A A+

Fransanın hakimiyyət orqanları quraqlıq səbəbindən bütün respublika ərazisində su çatışmazlığı ilə bağlı vəziyyəti araşdıracaq və mümkün olan bütün regionlarda sudan istifadəyə məhdudiyyət qoyacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fransanın ekoloji keçid və ərazi vahidliyi naziri Kristof Beşyu RMS radiostansiyasının efirində deyib.

Onun sözlərinə görə, ötən il Fransada 700 kommunanın içməli su çatışmazlığı ilə qarşılaşıb və məhdudiyyətlər tətbiq olunmasa, cari ildə sudan əziyyət çəkən kommunaların sayı 2 minə çata bilər.

Fevralın 26-dan başlayaraq, artıq Fransanın cənubunda yerləşən İzer, Buş-dü-Ron, Var və Şərqi Pireney departamentlərində sudan istifadəyə məhdudiyyətlər tətbiq olunub. Yeni qaydalar aprelin 30-dək fiziki şəxslərin avtomobil yumasını, çəməni sulamasını, hovuzları doldurmasını qadağan edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: