Ukrayna taxıl daşıma müqaviləsini uzatmaq üçün BMT və Türkiyəyə təklif göndərib

A- A A+

Ukrayna martın ortalarında başa çatacaq taxıl daşınma müqaviləsinin uzadılması ilə bağlı BMT və Türkiyəyə təklif göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə çərşənbə axşamı Röyters Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

"Biz sövdələşmənin uzadılması məsələsini həll etməyə başlamaq üçün məktub göndərmişik, lakin hələlik heç bir cavab almamışıq", - deyə Röyters mənbəyə istinadla belə yazıb.

Bundan əvvəl Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov bildirmişdi ki, Kiyev sövdələşmənin müddətini 120 gün deyil, ən azı bir il uzatmaq üçün rəsmi təklif göndərmək niyyətindədir. Ukraynadan ərzaq ixracına dair müqavilələr 2022-ci il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb. Müqavilələrdən biri Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub. Bundan əlavə, Rusiya Federasiyası ilə BMT arasında Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına müxtəlif məhdudiyyətlərin aradan qaldırılması üzrə dünya təşkilatının öhdəliklərini nəzərdə tutan memorandum imzalanıb. 2022-ci ilin noyabrında taxıl müqaviləsi daha 120 gün uzadılıb, müqavilələrin müddəti martda başa çatır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: