İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən 93 erməni hərbçisinin cəsədlərinin qalıqları hələ də dəfn edilməyib.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib.
Həmin cəsədlərin şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayıb.
Onlardan neçəsinin çağırışçı, ehtiyatda olan və könüllü hərbçi olduğu da məlum deyil.