Serbiya Prezidenti Alekandar Vuçiç “Vaqner” muzdlu hərbi təşkilatında iştirak edən ölkə vətəndaşlarının cəzalandırılacağına söz verib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısı bildirib ki, serb vaqnerçilər ölkəyə qayıtdıqdan sonra həbs olunacaqlar.