İstanbulda açılan yeni hava limanının adı məlum olub

A- A A+
İstanbulda açılan yeni hava limanının adı məlum olub. NUHÇIXAN “Anadolu” agentliyinə istinadla xəbər verir ki, yeni aeroportun adını Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanının rəsmi açılış mərasimində deyib. O bildirib ki, birinci mərhələsi başa çatdırılıb istifadəyə verilən yeni aeroportun adı “İstanbul” hava limanı olacaq. Yeni aeroport 76,5 milyon kvadratmetr ərazini əhatə edir və bütün mərhələsi tamamlandıqdan sonra ildə 200 milyon sərnişinə xidmət edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: