Burkina Faso Fransa ilə 60 illik hərbi sazişi ləğv edib

A- A A+

Burkina Faso hakimiyyəti Fransa ilə 1961-ci ildə imzalanmış “hərbi yardım sazişi”ni ləğv etmək qərarına gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, Burkina Faso Fransa ilə bağladığı texniki hərbi yardım haqqında sazişi, eyni zamanda onun 2 əlavəsini denonsasiya edib.

Eyni zamanda, Afrika dövləti "Burkina Fasonun hərbi idarələrində xidmət edən bütün fransız hərbçilərinin tamamilə ölkədən getməsi" məktubunun Paris tərəfindən alınmasından sonra fransalılara bir ay vaxt verib.

Qeyd edək ki, sentyabrda dövlət çevrilişi nəticəsində hərbçi İbrahim Traore hakimiyyətə gəldikdən sonra ölkələr arasında münasibətlər kəskin şəkildə pisləşib.

O vaxtdan Burkina Faso hakimiyyəti “tərəfdaşlıq münasibətlərini şaxələndirmək” istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: