Yunanıstanda qatar qəzasında ölənlərin sayı 40-ı ötüb

A- A A+

Yunanıstanın Tempe vadisində baş verən qatar qəzasında ölənlərin sayı 43-ə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Larisa şəhərinin məhkəmə-tibbi ekspertiza xidmətinin başçısı Rubini Leontari “ERT”yə açıqlamasında bildirib.

R. Leontarinin sözlərinə görə, ölənlərin kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizi gərəklidir. Belə ki, meyitlər “çox pis vəziyyətdədir”.

Yunanıstan yanğınsöndürmə xidmətinin məlumatına görə, toqquşmadan sonra 72 nəfər xəstəxanaya qaldırılıb. Onlardan 15-i sonradan xəstəxananı tərk edib.

Xatırladaq ki, hadisə yerli vaxtla fevralın 28-dən martın 1-nə keçən gecə baş verib. Afinadan Salonikiyə gedən sərnişin qatarı sürətlə hərəkət edən yük qatarı ilə toqquşub. Fövqəladə vəziyyətlə bağlı aparılan araşdırmalar çərçivəsində Larisadakı dəmiryol vağzalının rəhbəri saxlanılıb. O, günahını etiraf edib.

Yunanıstanın Maliyyə Nazirliyi ölənlərin dövlət hesabına dəfn edilməsinə qərar verib.

Yunanıstan Prezidenti Katerina Sakellaropulu Moldovaya səfərini fəlakət səbəbindən yarımçıq qoyub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: