Rusiya Prezidenti Vladimir Putin martın 3-də Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. O bildirib ki, V.Putin bu günə planlaşdırılmış Şimali Qafqaza səfərini təxirə salıb və hazırda Kremldədir.
D.Peskov Braynsk vilayətinə silahlı hücumdan sonra Ukraynada xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilib dəyişdirilməyəcəyindən xəbərsiz olduğunu deyib.
Xatırladaq ki, bu gün silahlı diversiya qrupu Ukraynadan sərhədi keçərək Rusiyanın Bryansk vilayətinin Klimov rayonuna hücum edib. Nəticədə yerli sakinlərdən bir nəfər ölüb, biri yaralanıb. Rayonun Suşanı kəndinə isə PUA-larla hücum olub. Hazırda 6 nəfərin girov götürüldüyü məlumdur.