Rusiya FTX Bryanska basqının qarşısının alındığını bildirib

A- A A+

Rusiyanın Bryansk vilayətinə silahlı basqının qarşısı alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, Bryansk ərazisinə basqın etmiş dəstələr dinc əhali arasında itkilərə yol verilməməsi və infrastruktura ziyan dəyməməsi üçün Ukrayna ərazisinə geri qovulub və burada onlara qarşı artilleriya silahlarından atəş açılıb.

Xatırladaq ki, bu gün Ukraynadan Bryansk vilayətinin Klimov rayonuna diversiya dəstəsi daxil olub. Rayonun üç kəndində atışma və PUA-ların basqını qeydə alınıb. Hadisə nəticəsində 2 yerli sakin həlak olub, bir nəfər yaralanıb.

Bryansk vilayəti Klimov rayonu Ukraynanın Çerniqov vilayəti ilə həmsərhəddir. Rayonun əhalisi 14 min nəfərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: