Blinken və Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə görüşüblər

A- A A+

ABŞ Dövlət katibi Antoni Blinken Ukraynada müharibə başlayandan sonra ilk dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

NUHÇIXAN İnformasiya Agentliyi “İnterfaks”a istinadla xəbər verir ki, on dəqiqə davam edən görüş G20 ölkələrinin XİN rəhbərlərinin Zirvə görüşü çərçivəsində reallaşıb.

Antoni Blinken Rusiyanı nüvə silahlarına nəzarət üzrə START müqaviləsinin dayandırılması ilə bağlı qərarını ləğv etməyə çağırıb. Həmçinin ABŞ əsgəri Pol Uilanın Rusiya həbsxanasından azad edilməsini istəyib. Dövlət katibi ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini də vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Rusiya və ABŞ diplomatlarının görüşü olub, lakin danışıqlar aparılmayıb. Həm Rusiya, həm də ABŞ daha əvvəl Antoni Blinken və Sergey Lavrovun G20 sammitində görüşməyi planlaşdırmadıqlarını təsdiqləyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: