Paşinyan: “Ermənistanda seçkilər siyasi böhran yaradır”

A- A A+

“Ermənistanda seçkilər adətən siyasi böhran yaradır”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“2021-ci il parlament seçkiləri ilk dəfə idi ki, Ermənistanda seçkilər siyasi böhrandan çıxmaq üçün alət rolunu oynayırdı. Mən 2020-ci ildə 44 günlük müharibədən sonra yaşadığımız daxili siyasi böhranı nəzərdə tuturam. Adətən seçkilər siyasi böhran yaradır, 1994-cü ildən 2018-ci ilə qədər belə olub”, - Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, 2018-ci ilin inqilabından sonra bu səhifə bağlanıb: “Bununla belə, təhlükəsizliklə bağlı son problemlər demokratiyanın özünün təhlükəsizliyinin təminatı ilə bağlı ciddi suallar doğurur. Ermənistanda demokratiyanın təhlükəsizliyinin təminatı cəmiyyəti haqlı olaraq narahat edən və hökumətimiz tərəfindən həll edilməli olan problemdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: