Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək

A- A A+

Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Al Arabiya”ya müsahibəsində məlumat verib.

Kiyev Rusiyanın Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi İranın pilotsuz təyyarələrlə təmin edilməsi məsələsinə məhkəmədə baxılmasında israrlı olacaq.

"Biz İranın bu hərbi cinayətlərin törədilməsində Rusiya ilə şərikliyindən narahatıq və İranın bu cinayətlərdə iştirakının tanınmasına çalışacağıq", - deyə D.Şmiqal qeyd edib.

Vurğulayıb ki, Moskvaya dəstəyi dayandırmaq üçün Tehrana təzyiq etmək lazımdır. O əlavə edib ki, İranın Rusiyaya raket ötürməsinin qarşısını almaq vacibdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: