Qədim dünyanın salamat qalmış yeddi möcüzəsindən sonuncusu olan Xeops ehramının şimal tərəfində 9 metr uzunluğunda və təxminən 2,10 metr enində gizli və möhürlənmiş dəhliz aşkar edilib.
NUHÇIXAN İnformasiya Agentliyi “Gazeta.ru” saytına istinadla xəbər verir ki, dəhliz müasir skan texnologiyasından istifadə edilməklə Misirdən olan bir qrup arxeoloq və elm adamı tərəfindən aşkarlanıb.
Arxeoloqlar dəhlizin hələ ki, hansı funksiyanı yerinə yetirdiyini bilmədiklərini qeyd ediblər və onu “kamera” adlandırıblar, çünki oraya kənardan giriş yoxdur.
Qeyd edək ki, 2017-ci ildə elm adamları Xeops ehramının içərisində daha bir möhürlənmiş 30 metrlik dəhliz kəşf etmişdilər.