Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel Rusiyanın G20-dən çıxarılması cəhdlərinə qarşı çıxış edib.
NUHÇIXAN İnformasiya Agentliyi Qərb mediasına istinadla xəbər verir ki, Jozep Borrel Moskva ilə diplomatik münasibətlərdə azacıq da olsa, irəliləyiş gördüyünü bildirib. Ali nümayəndə bunu Rusiya XİN rəhbəri Sergey Lavrovun G20 ölkələri xarici işlər nazirlərinin Dehlidə keçirilən iclasında əvvəlki görüşdən fərqli olaraq, Qərb dövlətləri Rusiyanı tənqid edən zaman zalda qalması ilə əsaslandırıb. Belə ki, ötən il Rusiya tənqid olunarkən Sergey Lavrov yığıncağı tərk etmişdi.
Aİ diplomatiyasının rəhbərinin fikrincə, bu, kiçik, amma vacib irəliləyişdir. "Biz danışmağa davam etməliyik, yaxud danışmasaq, heç olmasa dinləməliyik", - Borrel belə deyib.