Rus avanqard rəssam Vasili Kandinskinin (1866-1944) "II Murnaudakı kilsə" əsəri Londonda “Sotheby's” hərracında rekord qiymətə - 37,2 milyon funt-sterlinqə (44,4 milyon dollar) satılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.
Rəssam "II Murnaudakı kilsə" adlı tablosunu 1910-cu ildə Bavariyada yay evində yaşayarkən çəkib. Şəklin üzərində müəllifin qeydləri də var.
Kandinskinin hərracda satılan əsərinə görə əvvəlki rekord 1913-cü ildə yağlı boya ilə çəkilmiş "Ağ xətlərlə rəsm" olub. Əsər hərracda 33 milyon funt-sterlinqə (39,4 milyon dollar) satılıb.