Tehranda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi rəsmi şəxslərlə İrandakı nüvə obyektlərinin təftişinə cəlb olunan müfəttişlərin sayının artırılması məsələsini müzakirə etmək niyyətindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Euronews TV isə xəbər verib ki, AEBA rəhbəri, həmçinin İranın nüvə sazişi üzrə dialoqun yenidən başlamasını müzakirə etmək üçün Prezident İbrahim Rəisi ilə görüşməyi planlaşdırır.