Kolumbiyada etirazçılar 79 polis əməkdaşını girov götürüblər, 2 nəfər ölüb

A- A A+

Kolumbiyada etirazçılar 79 polis əməkdaşını girov götürüblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilir ki, Kolumbiyanın cənubundakı Caqueta əyalətinin sakinləri “Emerald Energy” neft şirkətinin binasını mühasirəyə alıb, onlarla polis əməkdaşı ilə birlikdə, doqquz neft mədən işçisini də girov saxlayıblar.

Etirazçılar ərazidəki yolların təmiri və ya yenidən qurulmasını tələb edirlər.

Baş verən toqquşmada bir polis və bir mülki şəxs həlak olub. Polisdən verilən məlumata görə, həlak olanlar güllə yaralarından ölüb. Prezident Qustavo Petro tvitterdə verdiyi açıqlamada qətli pisləyib.

Toqquşma San Visente del Kaguan bələdiyyəsinin ərazisində baş verib. İnsanlar neft yatağına girişi bağlayıb və yanğın törədiblər.

Kolumbiya Ombudsmanı Karlos Karmarqo etirazçılarla danışıqlar aparmaq üçün hadisə yerinə gəlib.

Qeyd edək ki, Kolumbiyada neft və mədən layihələrinə yaxın ərazilərdə etirazlar mütəmadi olaraq baş verir, icmalar şirkətlərdən infrastruktur, o cümlədən yollar və məktəblər tikməyi tələb edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: