Rusiya hərbçilərinin martın 2-də Ukraynanın Zaporojye şəhərində çoxmərtəbəli binanı raketlə vurması nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Martın 4-ü saat 07:00-a olan məlumata görə, xilasedicilər dağıntılar altından daha 3 sakinin meyitini çıxarıblar. Həlak olanlardan biri uşaqdır.
Dövlət Xidmətinin əməkdaşları iki gündür ki, raket hücumunun nəticələrini aradan qaldırır. Eyni zamanda, binanın 92 sakininə və zərərçəkənlərin yaxınlarına psixoloji yardım göstərilir.