ABŞ-də kəskin hava şəraiti səbəbindən azı on nəfər həlak olub, 1,5 milyon insan isə işıqsız qalıb.
NUHÇIXAN İnformasiya Agentliyi CNN telekanalına istinadla xəbər verir ki, hazırda qasırğa şimal-şərqə doğru hərəkət edir. Güclü külək yük avtomobillərini aşırıb və regiona qolf topu böyüklüyündə dolu düşüb.
Kaliforniyanın bəzi rayonlarına güclü qar yağıb. Qar topalarının hündürlüyü bəzi hallarda evlərin ikinci mərtəbəsinin pəncərəsinə qədər qalxıb və insanlar evlərindən çıxa bilmirlər.
Əlverişsiz hava şəraiti ilə bağlı ştatın 13 dairəsində fövqəladə vəziyyət rejimi elan olunub. Qar fırtınası səbəbindən keçilməz olan dağlıq rayonlara ərzaq çatdırılması üçün helikopterlərdən istifadə edilir.