Ağ evin sözçüsünün səhvi Rusiyada rişxəndlə qarşılanıb

A- A A+

Ağ evin sözçüsü Karine Jan-Pierre brifinq zamanı Rusiya Federasiyasını “Rusiya Xalq Respublikası” kimi tələffüz edib. Onun bu səhvi Rusiyanın rəsmi dairələri tərəfindən rişxəndlə qarşılanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, RF-nin BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski və digər diplomatlar Ağ evin sözçüsünün Rusiyanı Çin Xalq Respublikası ilə qarışdırdığını iddia ediblər. D.Polyanski deyib ki, “Karine Jan-Pierre mövcud olmayan ölkənin adını çəkib və bu, ABŞ-ni “Amerika Birləşmiş Əmirlikləri” və ya Böyük Britaniyanı “Britaniya Federasiyası” adlandırmağa bənzəyir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə sosial şəbəkələrdəki hesabında Ağ evin sözçüsünün videosunu “Zombi məhşəri” başlığı altında paylaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: