Çin müdafiə xərclərini artırır

A- A A+

Çin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini cari il üçün 7,2 faiz artırmağı planlaşdırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, martın 5-də Pekində işə başlayan Çinin ali qanunverici orqanı - Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında müzakirəyə çıxarılan büdcə layihəsində əksini tapıb. Sənədə əsasən, Çinin cari il üçün müdafiə xərcləri 1,554 trilyon yuan (təxminən 225 milyard ABŞ dolları) təşkil edəcək. Layihədə yuan ifadəsində müdafiə xərcləri artsa da, Çin milli valyutasının ABŞ dolları qarşısında dəyərinin nisbətən ucuzlaşması nəticəsində xərclər dollar ifadəsində ötən illə müqayisədə azalıb. Belə ki, ötən il 7,1 faizlik artımla müdafiə xərcləri 1,45 trilyon yuan (230 milyard ABŞ dolları) səviyyəsində müəyyənləşdirilmişdi.

Qeyd edək ki, ardıcıl 8 ildir Çinin müdafiə xərclərinin illik artımı birrəqəmli olur. Müdafiə xərclərinin 7,2 faizlik artım hədəfi pandemiya dövründə ən yüksək rəqəmdir. Çinin müdafiə büdcəsinin 2020-ci il üçün artımı 6,6, 2021-ci il üçün 6,8, ötən il üçün isə 7,1 faiz müəyyənləşdirilmişdi. Çin 2035-ci ilədək milli müdafiəsini modernləşdirməyi, əsrin ortalarınadək isə dünya səviyyəli silahlı qüvvələr qurmağı hədəfləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: