Türkiyə "taxıl dəhlizi"nə dair sazişin uzadılması üzərində işləyir

A- A A+

Türkiyə Qara dənizdə martın 18-də başa çatacaq "taxıl dəhlizi"nə dair sazişin uzadılması üzərində işləyir.

NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərdə BMT-nin konfransında çıxışı zamanı deyib.

“Biz Qara dənizdə “taxıl sazişi”nin problemsiz icrası və daha da uzadılması üzərində çox çalışırıq”, - deyə Çavuşoğlu söyləyib.

Çavuşoğlu, həmçinin qeyd edib ki, o, BMT-nin Baş katibi Antonio Quterreşlə Ukrayna ərzaq məhsullarının ixracına dair sazişin müddətinin uzadılmasını müzakirə edib.

Xatırladaq ki, Ukrayna “taxıl müqaviləsi”nin müddətinin uzadılmasına görə danışıqlara başlamaq üçün Türkiyə və BMT-yə müraciət göndərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: