Qazaxıstanda xüsusi əməliyyat zamanı 40 nəfər saxlanılıb

A- A A+

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Qaraqanda vilayətində cinayətkar qrupun fəaliyyətini dayandırıb, 40 nəfər saxlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, martın 5-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Milli Təhlükəsizlik Komitəsinin 5-ci idarəsi ilə birgə cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması üçün xüsusi əməliyyat keçirib.

İdarənin məlumatına görə, cinayətkar birliyin üzvləri ictimai asayişi pozaraq odlu silahdan istifadə etməklə dəfələrlə qarşıdurma təşkil ediblər. Qeyd olunub ki, qrupun keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları və təhlükəsizlik təşkilatlarının əməkdaşları da daxil olmaqla 50-yə yaxın fəal üzvü olub.

Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən rayonun iri sənaye obyektlərində, o cümlədən “Arcellor Mittal Temirtau” ASC-də inventarların oğurlanmasının çoxpilləli sistemi aşkar edilib.

Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları qrup üzvlərinin bir neçə üstü açılmamış ağır və xüsusilə ağır cinayətlərdə (hədə-qorxu ilə tələb etmə, sağlamlığa ağır zərər vurma, adam öldürməyə cəhd) iştirakını müəyyən ediblər.

“Xüsusi əməliyyat zamanı 100-dən çox axtarış aparılıb, 9 odlu silah, 200-ə yaxın döyüş sursatı, qumbaraatan, trotil, qumbaralar, sənədləşmə və saxta möhürlər, dini ədəbiyyat, külli miqdarda pul, daşınar və daşınmaz əmlak, habelə uzaqdan girişi dinləmək üçün xüsusi texniki avadanlıq müsadirə olunub, habelə 40 nəfər təqsirləndirilən şəxs polisə təhvil verilib”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: