ABŞ Dövlət Departamenti Konqo Demokratik Respublikasında İŞİD terror təşkilatının lideri, Uqanda vətəndaşı Musa Balukunun harada olduğu barədə məlumat verənə 5 milyon dollar mükafat elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, Vaşinqtonun bildirdiyinə görə, Baluku terror aktlarında, adam oğurluğunda, zorlamalarda və mülki şəxslərin, o cümlədən uşaqların öldürülməsində iştirak edir. Həmçinin onun rəhbərliyi altında azyaşlılar zorla terror təşkilatına cəlb edilir.
Baluku "Mərkəzi Afrika vilayətinin" rəhbəri olmamışdan əvvəl qrupun şəriət hakimi idi. Bəzi məlumatlara görə, cihadçı əvvəllər İŞİD-in Mozambikdəki hücrəsində aparıcı vəzifələrdən birini tutub.