Gürcüstan parlamentinin iclasında deputatlar arasında dava düşüb

A- A A+

Gürcüstan parlamentin hüquq komitəsinin martın 6-da keçirilən iclasında deputatlar arasında əlbəyaxa dava düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dava “Xarici təsir agentlər” haqqında qanun layihəsinin müzakirəsi zamanı olub.

Dava “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının deputatı Anri Oxanaşvili ilə müxalifəti təmsil edən deputatlar arasında yaşanıb. Qarşıdurmadan sonra “Ağmaşenebeli strategiyası”nın (“Strategiya Ağmaşenebeli”) lideri Giorgi Vaşadze və “Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvili iclas zalından çıxarılıblar.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin qarşısında da gərgin vəziyyət yaşanır. İctimai fəallar, QHT nümayəndələri və gənclər parlamentdə “Xarici təsir agentləri” haqqında qanun layihəsinin müzakirəsinə etiraz edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: