İndoneziyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb

A- A A+

İndoneziyanın Natuna bölgəsində baş verən torpaq sürüşməsində ilkin məlumatlara görə, 15 nəfər həyatını itirib, onlarla adam itkin düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəsmiləri məlumat yayıb.

Bildirilir ki, güclü yağışlar nəticəsində Natunanın Serasan kəndində torpaq sürüşməsi baş verib və kənddəki evlər sürüşmə zamanı torpaq qalaqlarının altında qalıb.

Axtarış-xilasetmə işləri zamanı 15 nəfərin cəsədinin tapıldığını bildirən səlahiyyətlilər, ölənlərin sayının artmasından narahat olduqlarını vurğulayıblar.

Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: