Ermənistan hökumətinin əməkdaşlarını daşıyan avtobusun martın 7-də səhər saatlarında İrəvanın Monte Melkonyan prospektində qəzaya uğraması nəticəsində 13 nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidmətindən bildiriblər.
Vurğulanıb ki, Nazirlər Kabinetinin yaralanan əməkdaşlarına tibbi yardım göstərilib, onlar hospitala yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.