Ukrayna hərbi komandanlığı Baxmut şəhərinin müdafiəsini davam etdirmək qərarına gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi Euronews telekanalına istinadla xəbər verir ki, Prezident Volodimir Zelenski ölkənin baş komandanı Valeri Zalujniyə şəhərin müdafiəsini gücləndirmək üçün əlavə qüvvələr tapmağı tapşırıb.
Bir müddət öncə, Ukrayna hərbçiləri Rusiya ordusunun Baxmut istiqamətinə elit hissələrini göndərdiyini bildiriblər. Onların sözlərinə görə, şəhər uğrunda döyüşlər ən yüksək gərginlik həddinə çatıb.
Ukrayna ordusunun müqavimətini qırmaq istəyən Rusiya Baxmuta eyni vaxtda üç istiqamətdən hücum edir.