Pentaqonun rəhbəri Lloyd Ostin İraqa elan olunmamış səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, onun Bağdadda İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar aparacağı bildirilir.
L.Ostin həmçinin Ərbil şəhərinə səfər edəcək və burada İraqın şimalındakı kürd muxtar bölgəsinin rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, Pentaqon rəhbəri Yaxın Şərqə səfərini martın 5-də İordaniyadan başlayıb. Onun Misir və İsrailə də getməsi planlaşdırılır.