“Türkiyəyə zəlzələ nəticəsində dəymiş ziyan 100 milyard dolları keçəcək”.
NUHÇIXAN İnformasiya Agentliyi “Reuters”ə istinadən xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (BMTİP) Türkiyədəki daimi nümayəndəsi Luiza Vinton mətbuat brifinqində deyib.
Onun sözlərinə görə, bununla bağlı ilkin göstərici martın 16-da Brüsseldə Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlər üçün vəsait toplanılması üçün keçiriləcək donor konfransında əsas rəqəm kimi istifadə olunacaq.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 46 mini keçib.