Çin Asiyada Ukraynadakı kimi böhranın yaranmasını istəmir

A- A A+

Çin Asiyada Ukraynadakı kimi böhranın yaranmasını və “Soyuq müharibə” qarşıdurması istəmir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Çin Qan Pekində davam edən 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası çərçivəsində martın 7-də keçirdiyi mətbuat konfransında deyib.

“Asiya geosiyasi rəqabət üçün şahmat taxtasındansa, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir arena olmalıdır”, - deyən Çin xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, “Soyuq müharibə” yenidən alovlanmamalı və Asiyada Ukraynadakı kimi böhran təkrarlanmamalıdır.

ABŞ-nin Hind-Sakit okean strategiyasına toxunan Çin Qan həmin layihənin əslində müstəsna bloklar təsis etmək üçün birləşmək, NATO-nun Asiya-Sakit okean versiyasını yaratmaqla qarşıdurmaya səbəb olmaq, əlaqələri qırmaqla regional inteqrasiyanı pozmaq cəhdi kimi qiymətləndirib.

Çinli nazir ABŞ-nin “Çinin fəaliyyət göstərdiyi strateji mühiti formalaşdırmaq” iddiasının əslində Vaşinqtonun Hind-Sakit okean strategiyasının gerçək məqsədini, yəni, Çini mühasirəyə almaq niyyətini ortaya qoyduğunu vurğulayaraq, belə bir cəhdin ancaq ASEAN mərkəzli, açıq və əhatəli regional əməkdaşlıq arxitekturasını pozacağını, bölgə ölkələrinin ümumi və uzunmüddətli mənafelərinə ciddi zərbə vuracağını deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: