Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin martın 8-də Kiyevə səfəri planlaşdırılır. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib. Onun sözlərinə görə, Quterreş bu gün Polşaya gələcək və oradan da Kiyevə gedəcək.
Quterreş Zelenski ilə görüşündə regiondakı vəziyyətlə yanaşı, Ukrayna taxılının ixracına dair sazişin müddətinin uzadılmasını müzakirə edəcək.