Fransada həmkarlar ittifaqları bütün maye qaz terminallarının işini dayandıracaq

A- A A+

Fransada həmkarlar ittifaqları pensiya islahatlarına etiraz əlaməti olaraq, ölkədəki dörd maye qaz terminalının hamısının fəaliyyətini müvəqqəti dayandıracaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Elengy” kompaniyasının üç obyekti bir həftə, “Fluxys” terminalı isə iki sutka işləməyəcək.

Fransa Avropanın ən böyük maye qaz alıcısı və qəbuledicisidir. Regiona bütün maye qaz idxalının 27 faizi onun payına düşür. Martın ilk beş günündə Fransa terminalları qaz nəqli sisteminə sutkada 117 milyon kubmetr mavi yanacaq ötürüb.

Nəzəri olaraq qəbuledici terminalların dayanmasını yeraltı anbarlardan qaz çıxarılması ilə əvəzləmək olar. Lakin hazırda Fransanın qaz ehtiyatları digər Avropa ölkələri ilə müqayisədə çox azdır və cəmi 38 faiz təşkil edir. Həmçinin sistemdə qaz çatışmazlığı qonşu dövlətlərin hesabına aradan qaldırıla bilər. Lakin bu, bazar qiymətlərində mütləq özünü göstərəcək.

Digər tərəfdən, ötən şənbə günü baş verən qəza səbəbindən Böyük Britaniya ilə Belçikanı birləşdirən “Interconnector” qaz kəmərinin də fəaliyyəti dayanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: